Azərbaycanda vergi amnistiyası tətbiq oluna bilər

Azərbaycanda vergi amnistiyası tətbiq oluna bilər
  10 Fevral 2016    Oxunub:2957
"Azərbaycanda vergi amnistiyası tətbiq edilməlidir. Rusiyada artıq bu, tətbiq edilib. Biz də bunu tətbiq etməliyik".

AzVision.az xəbər verir ki, bunu Bakıda keçirilən vergi forumunda Amerika Ticarət Palatasının (AmCham) nümayəndəsi Nuran Kərimov deyib.

Onun sözlərinə görə, ölkədə sabit vergi dərəcələri tətbiq edilməlidir: "Əgər amnistiya tətbiq edilərsə, azərbaycanlı sahibkarlar xaricdə olan pullarını geri qaytarar. Ukrayna və Rusiyada sabit vergi dərəcələri tətbiq ediləndən sonra büdcə daxilolmaları artıb".

N.Kərimov təklif edib ki, Vergilər Nazirliyinə sosial sığorta haqlarının yığılmasını tapşırmaq lazımdır: "Bu, mənim subyektiv fikrimdir ki, sosial sığorta haqlarının yığılması Vergilər Nazirliyinə tapşırılmalıdır".

AmCham təmsilçisinin ƏDV-si ödənilmiş mallar ölkədən çıxarılan zaman həmin verginin geri qaytarılması ilə bağlı təklifə cavab olaraq vergilər nazirinin müavini Sahib Ələkbərov deyib ki, ötən il ərzində bu qaydada 2,190 mlrd. manat həcmində ƏDV geri ödənilib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti