Azərbaycanda uzun saqqal saxlayanlara xəbərdarlıq

Azərbaycanda uzun saqqal saxlayanlara xəbərdarlıq
  06 May 2015    Oxunub:38917
ABŞ-da yerləşən “Quest Diagnostics” mikrobiologiya institutunun apardığı araşdırmaya görə, saqqal insan üçün zərərlidir. İddia edilir ki, uzun saqqal insan üçün həyati təhlükə yarada bilər.
Minlərlə insan üzərində aparılan yoxlamalar zamanı məlum olub ki, saqqalda ayaqyolundan 8 dəfə çox mikrob var.

Tibb elmləri doktoru, professoru Adil Qeybulla ABŞ-ın mikrobiologiya universitetinin araşdırması ilə razılaşmır.

Tanınmış həkim AzVision.az-a bildirib ki, uzun saqqal saxlamaq məqsədəuyğun deyil: “Əlbətdə bu, gigiyenaya bağlı məsələdir. Əgər tük örtüyünün bədəndə dəb üçün saxlanılmasından söhbət gedirsə, ona daim gigiyenik qulluq edilməlidir. Onun xüsusi şampunları var və gündə yuyulması vacibdir. Təbii ki, bunlara ciddi riayət edilməlidir. Əgər kimsə saqqal saxlayırsa, müəyyən qaydaları gözləməlidir. Təbii ki gözləmirsə, deməli bu xəstəliyə çevrilir və infeksiya mənbəyinə dönür”.

Bədənin təmizliyinin vacib olduğunu deyən professor qeyd edib ki, baş vaxtında yuyulmasa, təmizlənməsə orada da infeksiyalar yarana bilər.

“Bu kimi gigiyenaya riayət olunmasa, infeksiyadan başqa tuberkulyoza, bit kimi xəstəlilərə yol aça bilər. Odur ki, uzun saqqal saxlamaq məqsədəuyğun sayılmır. Çünki ona qulluq heç də asan deyil. Daim ona infeksiya düşür, yemək yeyəndə mane olur, çirklənir. Odur ki, gigiyena baxımından üzün təraş olunması daha məqsədəuyğundur”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti