Azərbaycanda toyda ölüm

Azərbaycanda toyda ölüm
  29 Avqust 2015    Oxunub:3091
Astara sakini toyda keçinib.
Rayonun Şahağacı kəndində anadan olmuş, hazırda Rusiya Federasiyasının vətəndaşı olan 1976-cı il təvəllüdlü Samid Tofiq oğlu Məmmədovun yaxınlarının toy sevincinə şərik olmaq istəyi ona baha başa gəlib.

Samid toyda oynayarkən qəfildən halı pisləşib və elə ordaca dünyasını dəyişib. Rusiyada ağır böyrək əməliyyatı və iki dəfə infarkt keçirən mərhumun ürək tutmasından dünyasını dəyişdiyi deyilir.

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbləri müvafiq ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. (Anspress)


Teqlər:





Xəbər lenti