Azərbaycanda tikinti sektoru çökür
Tikinti sektorundakı durğunluğun ən azı 3-5 il çəkəcəyini deyən ekspert hesab edir ki, Azərbaycanda son illər formalaşan tikintinin maya dəyəri region ölkələrdəki tikintinin maya dəyərini üstələyir.
“Təbii ki, tikintinin həcmi də maya dəyəri və potensial alıcıların ödəmə qabiliyyəti ilə əlaqəlidir. Əgər bunlar uyğunlaşmazlarsa, bazarın balansı pozulur. Yaxın illərdə əhalinin gəlirlərində sıçrayışlı artım gözlənilmir. Tikintidə satış qiymətləri, kredit şərtləri və potensial müştərilərin ödəmə imkanları tamam fərqli göstəricilərə malikdirlər. Bu fərq aradan qalxana qədər bazarda sükut qaçılmazdır. Yəni, bir tərəfdən tikintidə maya dəyəri aşağı düşməlidir, digər tərəfdən isə kredit şərtləri mövcud ödəmə imkanlarına uyğunlaşdırılmalıdır. Əsas əhalidə gəlirlərinin artacağına davamlı inam olmalıdır. Bu halda tikintidə də canlanma olacaq. Digər tərəfdən bazar sistemli yanaşmanı sevir, bazara atılan əlavə vəsait müvəqqəti xarakter daşıyır və qısa müddətdən sonra tikinti yenidən dayanır”.
Tikinti materialları bazarındakı qiymətlərə də toxunan N. İbrahimov hazırda qiymətlərdə azalma olduğunu deyir: “Son aylarda tikinti materialları bazarında aktivlik xeyli azalıb. Bütün tikinti materiallarında xüsusən də taxta, dəmir və daş materiallarının qiymətlərində azalmalar var. Ən pis odur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarın tutumu azalıb və bu tendensiya bu gün də davam edir”.
Gültəkin Ələsgər
Teqlər: