Azərbaycanda temperatur normadan yüksəkdir
G.Məmmədovanın sözlərinə görə, son günlər ərzində Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim norması daxilində tərəddüd edir. Bəzi günlərdə isə temperatur iqlim normasından 2-3 dərəcə yüksək olub: “Son 3-4 gün ərzində Bakıda havanın temperaturu 35-39 dərəcə arasında dəyişib. Bölgələrdə isə 35-40, bəzi yerlərdə 41 dərəcə müşahidə edilib.
G.Məmmədovanın sözlərinə görə, yaxın 2-3 gün ərzində ölkə ərazisində isti hava şəraiti davam edəcək. Bakıda temperaturun 32-37 dərəcə, Aran rayonlarında isə 35-40 dərəcə isti olacağı gözlənilir.
G.Məmmədovanın sözlərinə görə, yayda belə isti hava şəraiti əvvəlki illərdə də müşahidə edilib: “İyul-avqust yayın ən isti aylarıdır. Əvvəlki illərdə olduğu kimi bu il də havanın temperaturu yüksəkdir. Belə hava şəraiti ötən illərdə də müşahidə edilib”.
AzVision.az
Teqlər: