Azərbaycanda sərxoşlara qadağa

Azərbaycanda sərxoşlara qadağa
  28 Aprel 2015    Oxunub:8665
Azərbaycanda “Bədən tərbiyəsi və idman haqqında” qanununa dəyişikliklər edilib.

AzVision.az xəbər verir ki, dəyişikliklər sənədin “Polis haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə aparılıb.

Dəyişikliklərə əsasən, idman obyektləri ərazilərinə və tamaşaçılar üçün nəzərdə tutulan yerlərə keçməyə hüquq verən giriş bileti və ya onu əvəz edən digər sənədi olmayan şəxslər, sifətini maska ilə gizlədənlər, şəxsi baxışdan və ya üzərindəki əşyaların yoxlanılmasından imtina edənlərə icazə verilmir. Bundan başqa, sərxoşluq vəziyyətində olan, eləcə də narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, toksik təsir göstərən maddələrin təsiri altında olan şəxslər də bu cür idman arenalarına buraxılmayacaqlar.

Qanunun tələblərini pozanlar İnzibati və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar. Dəyişikliklər kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı zorakılığın qarşısının alınmasını, ictimai təhlükəsizliyin təmin edilməsini, habelə idman yarışlarına giriş biletlərinin saxtalaşdırılmasının və müəyyən olunan tariflərdən yüksək qiymətə satılmasının qarşısını alacaq.

Dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti