Azərbaycanda polis əməkdaşının ailəsində faciə

Azərbaycanda polis əməkdaşının ailəsində faciə
  01 İyun 2016    Oxunub:2476
Dünən Salyanda maşınla vurulmuş uşaq bu gün Bakı şəhərindəki Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında rayonun Şorsulu kəndində 3 yaşlı kənd sakini Zabilli Nurlan Ərəstun oğlunu maşın vurub.

Məlumata görə, uşaq həmkəndlisi Mahur Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı dövlət nömrə nişanı 27-XX-440 olan avtomaşınla vurulub.

Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilimiş uşaq vəziyyəti ağır olduğu üçün sonradan Bakıdakı Mərkəzi Kliniki Xəstəxanaya aparılmışdı.

Onu da qeyd edək ki, Nurlan Zabillinin atası Salyan Rayon Polis Şöbəsi Post-Patrul xidmətinin əməkdaşıdır.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb. Artıq uşağı vurmaqda təqsirli bilinən sürücü də saxlanılıb. (Virtualaz.org)

AzVision.az


Teqlər:





Xəbər lenti