Azərbaycanda məmur yol qəzasında öldü

Azərbaycanda məmur yol qəzasında öldü
  28 Avqust 2014    Oxunub:3328
Hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində olub.
AzVision.az TTV-yə istinadən xəbər verir ki, Tovuzda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax yolunda Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində olub. “Kamaz” markalı yük maşını ilə “Mitsubishi” markalı avtomobilin toqquşması nəticəsində “Mitsubishi”nin sürücüsü, Tovuz rayon Əlimərdanlı kənd bələdiyəsinin sədri Abbas İbrahimov aldığı ağır xəsarətlərindən elə hadisə yerindəcə keçinib. “Kamaz”ın sürücüsü, Əlibəyli kənd sakini İlqar Gülməmmədov isə yüngül xəsarətlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Kamaz”ın sürücüsünün dediyinə görə, hadisə “Mitsubishi”nin onun yoluna çıxması nəticəsində baş verib.

"Kamaz"ın sürücüsü İlqar Gülməmmədov hadisə ilə bağlı bildirir.

"Varıb Bakıya gedirdim. Gördüm gəlir, nə qədər marqat eledim çıxmadı yolumdan. Həmin vaxt toqquşduq."

Qəzanın dəqiq səbəbləri hələ məlum deyil. Hadisə ilə bağlı Tovuz Rayon Polis İdarəsinin Yol Patrol Xidmətinin əməkdaşları araşdırma aparır.


Teqlər:  





Xəbər lenti