Azərbaycanda leysan olacaq

Azərbaycanda leysan olacaq
  05 May 2015    Oxunub:3688
Mayın 6-na olan hava məlumatı açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağmaq ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 8-13, gündüz 16-20 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında mayın 6-da arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir, bəzi yerlərdə lokal leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda 2-6, gündüz 7-12 dərəcə isti gözlənilir.

Eyni zamana ölkədə yaxın 2-3 gün hava şəraitli buludlu və yağmurlu keçəcək, bəzi yerlərdə lokal leysan xarakterli yağış yağacaq.


Teqlər:  





Xəbər lenti