Azərbaycanda külәk parkı işə salındı

Azərbaycanda külәk parkı işə salındı
  29 May 2015    Oxunub:1058
Mayın 28-də Xızı rayonundakı Yeni Yaşma Külək Parkının 2,5 meqavatlıq bir külək turbini istifadəyə verilib.
AzVision.az xəbər verir ki, layihə gücü 50 meqavat olan külək parkındakı bütün stansiya Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən tam sınaqdan keçirilib.

Böyük miqyaslı bu layihənin ilkin olaraq işlək vəziyyətə gətirilən külək turbini külək enerjisindən elektrik enerjisi istehsal edərək ümumi elektrik şəbəkəsinə ötürməyə başlayıb. Qısa müddətə külək parkı tam gücü ilə respublikamızın ümumi enerji şəbəkəsinə qoşulacaq.

Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu uğur da şübhəsiz, Prezident İlham Əliyevin həmin sahəyə xüsusi diqqət və qayğısının nəticəsidir. Prezidentin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin inkişafına önəm verməsinin nəticəsidir ki, bu gün Azərbaycanın özünəməxsus enerji strategiyası var.

Respublikamızın karbohidrogen enerji resursları ilə zəngin olmasına baxmayaraq, Dövlət Agentliyi hesabına istehsal edilən enerji ilə milyonlarla kubmetr qaza qənaət olunacaq. Ötən il ərzində ölkədə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə 1,5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub ki, nəticədə 500 milyon kubmetr qaza qənaət edilib.


Teqlər:





Xəbər lenti