Azərbaycanda kredit təşkilatına maskalı basqın

Azərbaycanda kredit təşkilatına maskalı basqın
  31 Avqust 2015    Oxunub:2023
Azərbaycanın Ağcabədi rayonunda kredit təşkilatına basqın edilib.
Hadisə şəhər ərazisində yerləşən “Maliyyə İnkişaf” Qeyri-Bank Kredit Təşkilatında qeydə alınıb.

Üç nəfər maskalı naməlum şəxs gecə saatlarında kredit təşkilatının mühafizəçisinə hücum edərək, oğurluq etmək istəyib. Hadisə yerinə gələn Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxsləri tutublar.

Ağcabədi Rayon Polis Şöbəsindən bildirilib ki, saxlanılan şəxslər digər cinayətlərdə şübhəli bilindikləri üçün onların kimliyi barədə ətraflı məlumat verilmir. (Apa)


Teqlər:





Xəbər lenti