Azərbaycanda iki məktəb yandı

Azərbaycanda iki məktəb yandı
  01 Aprel 2015    Oxunub:1536
Bakının Sabunçu rayonunda və Balakəndə yanğın hadisəsi olub.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanıb.

Qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir hadisə isə Balakən rayonunda qeydə alınıb. Belə ki, Şərif kəndində Təhsil Nazirliynə məxsus ümumi sahəsi 840 kv.m olan birmərtəbəli orta məktəbin yanar konstruksiyaları 125 kv.m (1 sinif otağının, müəllimlər otağının, dəhlizin yanar konstruksiyaları və əşyaları 110 kv.m və 1 sinif otağının tavanı 15 kv.m) sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti