Azərbaycanda geomaqnit qasırğası gözlənilir

Azərbaycanda geomaqnit qasırğası gözlənilir
  25 İyul 2016    Oxunub:2405
“İyulun 29 və 30-da müəyyən qədər həyəcanlaşma gözlənilir. Bunun səbəbi isə Günəş səthindəki tac dəliklərinin öz başlanğıcını götürəcək yüksək sürətli plazma küləyi olacaq”.
AzVision.az xəbər veri ki, bunu AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, hazırda Günəş səthində orta ölçülərə malik tac dəliyi müşahidə olunur:

“Amma alışmalara gələndə bunların ehtimalı çox azdır. Çünki Günəş səthində demək olar ki, ləkə qalmayıb. Yalnız bir ləkə var. O da diskin arxasında gizlənib. Yəni yaxın günlərdə yalnız yüksək sürətli Günəş plazma küləyi olacaq”.

AzVision.az


Teqlər:  





Xəbər lenti