Azərbaycanda futbol klubu dağıldı

Azərbaycanda futbol klubu dağıldı
  30 Avqust 2014    Oxunub:8214
AzVision.az ELTV-yə istinadən bildirir ki, bir vaxtlar Azərbaycanın ən iddialı klublarından olan, futbolumuzun tarixində ilk dəfə UEFA kubokunda mərhələ keçən "Karvan"ın taleyinə aydınlıq gəlib.

Klub tarixin qara yaddaşına köçüb. Artıq bu haqda PFL-ə də məlumat verilib və "Karvan"ın növbəti mövsüm I Divizionda oynamayacağı dəqiqləşib. Bunu klubun keçmiş baş məşqçisi Kənan Kərimov da təsdiqləyib. O bildirib ki, komandanın sponsor problemi var. Buna görə də artıq "Karvan" dağılan klubların karvanına qoşulub.



Teqlər:





Xəbər lenti