Azərbaycanda bu statistika 5 ildir dəyişmir

Azərbaycanda bu statistika 5 ildir dəyişmir
  01 İyul 2016    Oxunub:2760
Azərbaycanda kişilər və qadınlar arasında birinci nikaha daxil olma yaş həddi 5 ildir ki, dəyişmir.

Dövlət Statistika Komitəsindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda birinci nikaha daxil olanların orta yaşı kişilər arasında 28 yaş, qadınlar arasında isə 24 yaş təşkil edir.

Qeyd edilib ki, bu statistika 2011-ci ildən indiyədək dəyişmir. Belə ki, 2011-ci ildən bəri kişilər arasında birinci nikaha daxil olma yaşı 28-dır. Qadınlar arasında birinci nikaha daxil olma yaşı isə 2012-ci ildən 24 yaşdır.

Ümumilikdə, 2015-ci ildə Azərbaycanda kişilər arasında nikaha daxil olma yaşı 29, qadınlar arasında isə 24-dür.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti