Azərbaycanda borc vermək qaydası dəyişir

Azərbaycanda borc vermək qaydası dəyişir
  26 İyun 2016    Oxunub:4103
Azərbaycanda vətəndaşlar, eləcə də hüquqi və fiziki şəxslər arasındakı iqtisadi münasibətlərlə bağlı qaydalara dəyişiklib edilib.
AzVision.az-ın Fins.az-a istinadən verdiyi məlumata görə, Mülki Məcəlləyə 740-cı maddəsinə edilən dəyişikliyə görə, bundan sonra vətəndaşlar bir-birinə 3 min manatdan artıq borc verdiyi zaman borc müqaviləsi bağlanmalıdırlar.

Tərəflərdən biri hüquqi şəxs olduqda, borcun məbləğindən asılı olmayaraq bütün borc münasibətləri rəsmiləşdirilməlidir.

Qeyd edək ki, bu maddənin əvvəlki məzmununda borcun məbləğindən asılı olmayaraq, şifahi müqaviləyə yol verilirdi (yazılı müqavilə bağlanmadan).

AzVision.az


Teqlər:





Xəbər lenti