Azərbaycanda benzin ucuzlaşdı

Azərbaycanda benzin ucuzlaşdı
  01 Oktyabr 2014    Oxunub:3098
Azərbaycanda benzinin qiyməti ucuzlaşıb.
Azpetrol Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, ucuzlaşma "Premium Avro - 95" markalı benzində qeydə alınıb.

Dünya bazarında neftin qiymətinin aşağı düşməsilə əlaqədar olaraq Azpetrol benzinin satış qiymətinə yenidən baxıb. Belə ki, həmin markalı benzinin əvvəllər 1 litri 97 qəpiyə satılırdısa, artıq oktyabrın 1-dən Premium benzinin qiyməti 2 qəpik aşağı salınaraq, 95 qəpiyə satılır.

Qeyd edək ki, adıçəkilən benzinin qiymətində son artım avqust ayında qeydə alınmışdı. Avqustun 6-sı gecəyarıdan etibarən “Premium Avro-95" benzininin qiyməti 4 qəpik artaraq 97 qəpik olub.


Teqlər:





Xəbər lenti