Azərbaycanda adam döyənlərin işi asanlaşdı

Azərbaycanda adam döyənlərin işi asanlaşdı
  06 May 2016    Oxunub:2204
Azərbaycanda döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimələrin məbləği 2 dəfəyədək azaldılır.
İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklərin edilməsini nəzərdə tutan layihəyə əsasən, sadalanan hala görə cərimələrin məbləğinin 300 manatdan 500 manatadək olması və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbsin tətbiq olunması təklif edilir.

Məcəllənin hazırkı variantına görə isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti