Azərbaycanda Putinə görə qiymətlər bahalaşıb

Azərbaycanda Putinə görə qiymətlər bahalaşıb
  31 Avqust 2014    Oxunub:3838
`Putinin avantürasının əziyyəti artıq Azərbaycanda da özünü hiss etdirməyə başlayır. Son günlər bazarda bütün meyvə, tərəvəz və bostan məhsullarının qiyməti sürətlə artmağa başladı`
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat son günlər Azərbaycan bazarlarında müşahidə olunan qiymət artımından şikayətlənib.

“Putinin avantürasının əziyyəti artıq Azərbaycanda da özünü hiss etdirməyə başlayır. Son günlər bazarda bütün meyvə, tərəvəz və bostan məhsullarının qiyməti sürətlə artmağa başladı. Müvafiq olaraq bütün qida-ərzaq xassəli məhsullarının və sənaye mallarının, eləcə də xidmət sferasında qiymətlərin qalmasınnı qaçınılmaz olduğunu görürük. Rusiya bazarına yönələn Qərb sanksiyaları orada bizim fermerlər və inhisarçılar üçün nə qədər əlverişli imkanlar yaratsa da, mövcud maaşların səviyyəsinə və infilyasiyanın sürətli artım təhlükəsinə görə əhalinin aztəminatlı hissəsi öz ölkəmizdə ciddi əziyyət çəkəcəkdir. Hökumət dərhal təxirəsalınmaz tədbirlər barədə düşünməli və dəqiq bir strategiya izləməlidir. Maaşların, pensiyaların hansısa 5-10 faiz qaldırılması cüzi bir yüngülləşmə sayıla bilər, əsas tədbirlər qiymət artımının sıçrayışının qarşısını almağa yönəlməlidir. Bu vəziyyət Qərb tərəfindən Rusiyaya qarşı sanksiyalara başlanılan andan gözlənilirdi, ancaq həmişəki kimi, bizdə xəstəliyin baş vermə ehtimalını əsas alan profilaktik addımlar olmur, xəstəliyə yoluxandan sonra birbaşa müalicə və cərrahiyyə barədə düşünülür”.

AzVision.az


Teqlər:





Xəbər lenti