Azərbaycanda Nepal təhlükəsi gözlənilirmi?

Azərbaycanda Nepal təhlükəsi gözlənilirmi?
  27 Aprel 2015    Oxunub:2158
Nepalda baş verən dəhşətli zəlzələ dünyanın diqqət mərkəzindədir. 80 ilin ən böyük faciəsi hesab olunan fəlakət nətəciəsində ölü sayı durmadan artır.
Bu günə olan məlumata görə, zəlzələ qurbanlarının sayı 3,5 mini ötüb. Hazırda həmin ərazidə seysmoloji aktivlik davam edir.

Azərbaycanın da seysmoloji baxımdan aktiv bölgədə yerləşdiyini nəzərə alsaq ölkəmiz belə hadisələrdən sığortalanmayıb.

Ölkəmizdə zəlzələ təhlükəsi varmı?

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli AzVision.az-a bildirib ki, ölkəmizdə seysmoloji vəziyyət normal səviyyədədir.

Mərkəzin direktorunun sözlərinə görə, hər gün ölkəmizdə kiçik təkanlar olur, amma bunlar o qədər də təhlükəli deyil:

“Bunlar hiss olunmayan təkanlardır. Qorxmaq, narahat olmaz lazm deyil. Bizim Respublika ərazisində seysmiklik fon səviyyəsindədir. Yüksək seysmogen zona yoxdur ki, deyəsən orada yüksək aktivlik başlayıb. Ayrı-ayrı bölgələrdə zəif təkanların olması onu göstərir ki, Azərbaycan seysmogen ərazidə yerləşir. Biz bununla bağlı gündəlik analiz edirik. Elə bir regiona yoxdur ki, orada dağıdıcı zəlzələ gözlənilsin”-deyə Q.Yetirmişli vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti