Azərbaycanda Ebola həyəcanı - komitə hərəkətə keçdi

Azərbaycanda Ebola həyəcanı - komitə hərəkətə keçdi
  21 Oktyabr 2014    Oxunub:8152
Son zamanlar bəzi ölkələrdə ebola virusunun yayılması ilə əlaqədar olaraq gömrük orqanları tərəfindən aparılan sanitariya-karantin nəzarəti gücləndirilmiş, dövlət sərhədinin buraxılış məntəqələrində çalışan əməkdaşlar üçün aidiyyəti dövlət orqanları ilə birgə xüsusi seminarlar keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, xəstəlik qeydə alınan ölkələrdən gələn şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrində müəyyən olunması məqsədilə gömrük orqanları tərəfindən aidiyyəti dövlət orqanları ilə məlumat mübadiləsi, o cümlədən bu cür şəxslər qeydə alındıqda onların ölkə daxilində nəzarətə alınması üçün müvafiq səhiyyə təşkilatlarının məlumatlandırılması işləri təşkil olunub.

Eyni zamanda, ebola virusuna qarşı tədbirlərin gücləndirilməsi məqsədilə sərhəd buraxılış məntəqələrində əksepidemik və profilaktik, ərazilərin dezinfeksiya tədbirlərinin, o cümlədən sərhəddən keçən şəxslər üzərində tibbi müşahidənin və sorğu-sualın aparılması haqqında müvafiq işlər həyata keçirilib.

Görülən tədbirlər çərçivəsində insan bədəninin hərarətinin məsafədən ölçülməsinə imkan verən texniki vasitələrdən-termovizor kameralardan geniş istifadə olunur. Bununla yanaşı, sərhəddən keçən şəxslərin ebola virusu haqda məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Sanitariya-karantin müfəttişliyi tərəfindən hazırlanmış “Diqqət!Ebola qızdırması” adlı yaddaş bukletlərinin də dövlət sərhədinin buraxılış məntəqələrində yerləşdirilməsi təmin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti