Azərbaycanda Dağıstanın mədəniyyət günləri keçiriləcək

Azərbaycanda Dağıstanın mədəniyyət günləri keçiriləcək
  06 May 2016    Oxunub:1246
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 12-13 may 2016-cı il tarixində ilk dəfə olaraq ölkəmizdə Rusiya Federasiyasının Dağıstan Respublikasının mədəniyyət günləri keçiriləcək.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, ayın 12-də saat 19:00-da Heydər Əliyev Sarayında mədəniyyət günlərinin açılış mərasimi olacaq.

Tədbirdə Dağıstan incəsənət ustalarının iştirakı ilə konsert proqramı və sarayın foyesində "Dağıstan: tarix və müasirlik" adlı dekorativ-tətbiqi sənət sərgisi təqdim ediləcək. Konsert proqramında məşhur "Ləzginka" Akademik Rəqs Ansamblı, "Xasavyurt" Dövlət Rəqs Ansamblı və solistlərin iştirakı nəzərdə tutulur.

Mədəniyyət günləri çərçivəsində Dağıstanda fəaliyyət göstərən teatrların kollektivləri Xaçmaz, Balakən, Zaqatala, Qusar rayonlarında tamaşalar nümayiş etdirəcəklər.

Ölkəmizdə Dağıstan mədəniyyəti günlərinin keçirilməsi qarşılıqlı mədəni əməkdaşlığın inkişafı, xalqların bir-birini daha yaxından tanıması məqsədi daşıyır.

AzVision.az


Teqlər:





Xəbər lenti