Azərbaycanda 805 uşaq övladlığa verilib

Azərbaycanda 805 uşaq övladlığa verilib
  23 İyun 2016    Oxunub:2662
Azərbaycanda 2015-ci ildə 805 uşaq övladlığa verilib. Onlardan 375 nəfəri qızdır.

Dövlət Statistika Komitəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ötən il 1 yaşa qədər 166 uşaq (onlardan 85-i qız), 1-5 yaş arası 360 uşaq (onlardan 165-i qız), 6-10 yaş arası 176 uşaq (onlardan 79-u qız), 11-18 yaş arası 103 uşaq (onlardan 46-ı qız) övladlığa verilib.

Ötən il 9 nəfər əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. Onlardan 2-i qızdır.

2015-ci ildə 1 yaşa qədər 2 uşaq (2-i də qızdır), 1-5 yaş arası 2 uşaq, 11-18 yaş 3 uşaq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti