Azərbaycanda 4 müəllimdən 3-ü qadındır
Onun sözlərinə görə, texniki profilli ali təhsil müəssisələrində magistratura təhsili səviyyəsi üzrə 2013/2014-cü tədris ilində qız tələbələrin sayı 561 nəfər olmaqla, ümumi tələbələrin 29,3 faizini, 2014/2015-ci ildə isə onların sayı 640 nəfərə çataraq ümumi tələbələrin 30 faizini təşkil edib.
F.Qurbanov deyib ki, ümumilikdə ölkənin 52 ali təhsil müəssisəsində (bunlardan 37-si dövlət, 15-i özəl təhsil müəssisəsidir) bakalavr pilləsində 151 274 nəfər təhsil alır və onların 73 195 nəfəri qızlardır: "Bu da ümumi tələbələrin 53,96 faizini təşkil edir. Magistratura piləsində isə hazırda 12 651 tələbə təhsil alır ki, onların da 6 826 nəfəri, yəni 54 faizi qızlardır".
Nazir müavini əlavə edib ki, respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1 325 634 nəfərdir: "Onlardan qızların sayı 604 322 nəfər, yəni 45,59 faizi (keçən il 43,86 olub), müəllim sayı 174 772 nəfər, onlardan 134 300 nəfəri, yəni 77 faizini (keçən il 76%) qadınlar təşkil edir. Eyni zamanda, 2014/2015-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət edən 17 962 nəfərdən 15 348-i qadın olub, onlardan 1 420 nəfəri müsabiqədən keçərək seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin edilib".
"Respublikada mövcud olan 58 orta ixtisas təhsil müəssisələrində təhsil alan 60 511 nəfər tələbənin 40 950 nəfəri (67,7%) qızlardır. 108 ilk peşə-ixtisas təhsil müəssisələrində isə 29 234 nəfər şagirdin 30 faizini qızlar təşkil edir. Təhsil Nazirliyi sisteminə daxil olan ali təhsil müəssisələrində 4 rektor, 5 filial rektoru, 12 prorektor, orta ixtisas təhsil müəssisələrində 8 direktor, 21 direktor müavini, ilk peşə-ixtisas təhsil müəssisələrində 12 direktor, 16 direktor müavini, ümumtəhsil məktəblərində 1 202 (26,5%) məktəb direktoru qadındır. 2014-cü ilin göstəricilərinə əsasən, 2 070 nəfər doktorantdan 1 052 nəfəri qadındır. Keçən il üzrə statistik məlumatlara əsasən, qadın dövlət qulluqçularının sayı 7 244 nəfərdir. Nazirlikdə çalışan 160 dövlət qulluqçusundan 57 nəfəri qadındır", - nazir müavini qeyd edib.
Teqlər: