Azərbaycanda 3 mindən çox cinayətkar qrup tutulub

Azərbaycanda 3 mindən çox cinayətkar qrup tutulub
  28 Aprel 2016    Oxunub:1705
Ötən 12 ildə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində də fəaliyyət davamlı olub, əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılıb.
AzVision.az-ın məlumatına görə, bu barədə daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ölkəmizdə akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin və diplomatik korpusun digər nümayəndələri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin təxminən 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir:

`Eyni zamanda, mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə sistemli xarakter daşıyıb, ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 mindən çox qrup və dəstə zərərsizləşdirilib. Son dövrlər dünyada narahatlıq doğuran məsələlərdən biri dini ekstremizmin və dini zəmində terrorçuluğun çağırış və təhdidlərinin artmasıdır. Bu baxımdan, aidiyyəti dövlət orqanları ilə birgə xarici ölkələrdə silahlı münaqişələrdə, terrorçuluq və dini ekstremist fəaliyyətdə iştirak etmiş Azərbaycan vətəndaşlarının müəyyən edilməsi, sərhəd keçmələrinə məhdudiyyət qoyulması və əməliyyat nəzarətində saxlanılması istiqamətində ciddi tədbirlər həyata keçirilir`.

İştirakçıların nəzərinə çatdırılıb ki, terrorçuluq və dini ekstremizmə qarşı mübarizədə xüsusi texniki vasitələrin tətbiqi mühüm əhəmiyyətə malikdir.

Qeyd olunub ki, Bakı metropoliteni də nəzərə alınmaqla, bu gün respublika üzrə 110 mindən çox videonəzarət kamerası ilə 24 saat ərzində mərkəzləşdirilmiş müşahidə aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti