Azərbaycanda ürək transplantasiyası aparılacaq

Azərbaycanda ürək transplantasiyası aparılacaq
  26 Oktyabr 2016    Oxunub:2688
“Bu gün bütün dünyada insan orqan və toxumalarının transplantasiyası çox geniş yayılıb”.
AzVision.az - ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda da bu sahədə böyük işlər görülür: “15 il bundan əvvəl Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası çox az şəkildə həyata keçirilirdi. Bu gün Azərbaycanda qara ciyər, böyrək, müxtəlif insan toxumalarının, gözün müxtəlif hissələrinin transplantasiyası həyata keçirilir”.

Komitə sadri vurğulayıb ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi istiqamətində işlər aparılır və yaxın gələcəkdə ölkəmizdə ürək transplantasiyasının həyata keçirilməsi mümkün olacaq.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti