Azərbaycanda onkoloji xəstələrin statistikası
Baş onkoloq bildirib ki, xərçəng xəstəliyinə uşaqlar arasında da təsadüf olunur: "Deyərdim ki, bu xəstəlik təbiətin xəstəliyidir, çünki bütün canlılar arasında təsadüf olunur. İnsanlar arasında daha çox ona görə rast gəlinir ki, təkamül və şüur var. Uşaqlarda xərçəng xəstəliyi böyüklərdən fərqli olaraq müalicəyə daha çox tabe olur. Onkoloji xəstə uşaqların çoxu sağalır. Qeyd olunan xəstəlikdən əziyyət çəkən uşaqlar Milli Onkologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Onkoloji Klinikasında müalicə olunurlar. Klinikada nə dərman, nə avadanlıq, nə də kadr tərəfdən heç bir problem yoxdur".
A.Kərimli qeyd edib ki, həm böyüklər, həm də uşaqlar arasında onkoloji xəstəliklər, onların təzahür formaları ilə bağlı maarifləndimə işlərinin aparılmasına ehytiyac var: "Bizdə maarifləndirmə işi xeyli zəifdir. Bəziləri ölkədə Uşaq Onkoloji Klinikasının olduğunu bilmir".
Mütəxəssis vurğulayıb ki, əhali arasında "xərcəng" xəstəliyi kimi adlandırılan onkoloji xəstəliklərlə bağlı böyük xof var: "Xərçəng" sözündən qorxmaq lazım deyil. İnanın ki, bu xəstəlik birinci, ikinci mərhələdə müalicə olunan xəstəlikdir". (Report)
AzVision.az