Azərbaycanda iki nəfər yanaraq öldü

Azərbaycanda iki nəfər yanaraq öldü
  22 Oktyabr 2016    Oxunub:1447
Goranboy və Beyləqan rayonlarında baş verən yanğın hadisələri zamanı iki nəfər həlak olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ilk yanğın hadisəsi gecə saat 03:30 radələrində Goranboy rayonunun Qaraçinar kəndində qeydə alınıb.

Məlumata görə, orada vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan, kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1932-ci il təvəllüdlü Dadaşov Məhəmməd Muxtar oğlunun yanmış meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər hadisə Beyləqan rayonunda baş verib. Ümumi sahəsi 240 m2 olan, kürsülü, bir dam altında yerləşən, 2 ailə yaşadığı evdə vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1942-ci il təvəllüdlü Əliyeva Elmira Əkbər qızının yanmış meyiti aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti