Azərbaycanda hər gün 438 körpə doğulur

Azərbaycanda hər gün 438 körpə doğulur
  24 Yanvar 2017    Oxunub:2693
Keçən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 146,6 min, yaxud hər gün orta hesabla 438 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir. Doğulan körpələrdən 2522-si əkiz, 63-ü isə üçəmlərdir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti