Azərbaycanda 9 nəfər intihara cəhd edib - (VİDEOXƏBƏR)

Azərbaycanda 9 nəfər intihara cəhd edib - (VİDEOXƏBƏR)
  13 Yanvar 2017    Oxunub:2977
2016-ci ildə kimyəvi maddələrlə özünə sui-qəsd edən 9 nəfər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.
Bunu AzVision.az-a Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, 6 nəfər sirkə turşusu, 3 nəfər isə dərman içərək özünə qəsd etmək istəyib.

“Sirkə turşusu içən 6 nəfərdən 4-ü qadındır. Onlardan yalnız 1-nin həyatını xilas etmək mümkün olmayıb. Həmin şəxs qadındır. 3 kişi isə dərman içərək özünə qəsd edib”.

A.Maqsudov qeyd edib ki, ümumilikdə isə 9 nəfər ailə-məişət zəminində baş verən problemlərə görə intihara cəhd edib.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti