Azərbaycanda 773 nəfər qidadan zəhərlənib

Azərbaycanda 773 nəfər qidadan zəhərlənib
  21 Oktyabr 2016    Oxunub:1509
Bu ilin 9 ayında Azərbaycanda 773 nəfər qidadan zəhərlənib, 1 nəfər isə dünyasını dəyişib.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən AzVision.az-a verilən məlumata görə, ötən müddətdə 520 qida zəhərlənməsi hadisəsi baş verib.

Hadisələrdən 29-u botulizmlə bağlı olub ki, onun da nəticəsində 34 nəfər zəhərlənib. Qida zəhərlənməsində 1 ölüm faktı qeydə alınıb.

Bu ilin sentyabrında Azərbaycanda 49 qida zəhərlənməsi olub, bunlardan 81 nəfər zərər çəkib. Sentyabrda 2 botulizm hadisəsi baş verib ki, bundan da 2 nəfər zəhərlənib.

Qeyd edək ki, ötən ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində 523 qida zəhərlənməsi hadisəsi, 746 nəfər zərərçəkən qeydə alınıb. Ötən ilin qeyd edilən ayları ərzində 13 botulizm hadisəsi nəticəsində 19 nəfər botulizmlə xəstələnib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti