Azərbaycanda 11 gündə dünyaya gələn 19 uşaq - Adlar

Azərbaycanda 11 gündə dünyaya gələn 19 uşaq - Adlar
  11 Yanvar 2017    Oxunub:6756
2017-ci ilin ilk 11 günündə Azərbaycanda dünyaya gələn 19 uşağa müxtəlif adlar verilib.
Ədliyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, təzə ilin ilk 11 günündə 7 qız uşağı və 12 oğlan uşağının adı rəsmiləşdirilib.

Qızlara Zəhra, Sunay, Mələkxanım, Mələk, Mədinə, Bahar, Ayan adları verilib. Oğlan uşaqlarına isə Vaqif, Uğur, Səfər, Raul, Pünhan, Nihad, Musa, Məqsəd, İbrahim, Elxan, Əkrəm, Ədalət adları qoyulub.

Qeyd edək ki, 2016-ci ildə doğulan uşaqlara ən çox Yüsif və Zəhra adları verilib. Belə ki, 16155 oğlan uşağına Yusif, 15214 qız uşağına isə Zəhra adı verilib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti