Azərbaycana hansı ölkələrdən dayə gətirilir?

Azərbaycana hansı ölkələrdən dayə gətirilir?
  29 May 2015    Oxunub:2194
Deputat Tahir Rzayev Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda bir çox ailələrin xaricdən dayə gətirməsinə etirazını bildirib.
AzVision.az xəbər verir ki, millət vəkili bu barədə Cinayət Məcəlləsinə edilən dəyişikliklə bağlı çıxışında qeyd edib.

O, yetkinlik yaşına çatmayan uşaqlara qarşı zorakılıq hallarına görə cəzaların sərtləşdirilməsinin tərafdarı olduğunu deyib.

T. Rzayev eyni zamanda, gələcəkdə xaricdən övladlarının tərbiyə edilməsi üçün dayə gətirən valideynlərə qarşı cəzalar tətbiq edilməlisi təklif edib: `Yəni, bu gün Azərbaycana Flippindən, İngiltərədən, Koreyadan və digər ölkələrdən dayələr gətirilir. Bu dayələr də həmin uşaqlara öz mədəniyyətlərini və dillərini təbliğ edirlər. Hətta onlar baxdıqları uşaqlara Azərbaycan dilində danışmağı qadağan edirlər. Bu isə bizim milli- mənəvi dəyələrimiz ziddir və həmin uşaqlar böyüyəndə öz ana dillərində danışa bilmirlər. Odur ki, bu olduqca təhlükəli tendensiyadır və bunun qarşısı vaxtında alınmalıdır”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti