Azərbaycana güclü qar yağdı - FOTOLAR

Azərbaycana güclü qar yağdı - FOTOLAR
  09 Oktyabr 2015    Oxunub:7752
Günün ikinci yarısından başlayaraq Qubanın 40-dan çox dağ kəndinə qar yağmağa başlayıb.

AzVision.az-ın kanalef.com-a istinadən verdiyi məlumata görə, qar yağan kəndlər Adur, Buduq, Qarxun, Ördüc, Xaltan və Zeyiddir. Qar ən çox Böyük Qafqaz ərazisində yerləşən kəndlərə yağıb.

Bakıdan gələn bir neçə ziyarətçi də Xaltan kəndində qalıb və geri qayıda bilmir. Quba 6 Saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir Manafov isə qarla bağlı heç bir çətinliyin olmadığını bildirib. Quba Rayon FHK-nın sədri Yusif Abidov kəndlərlə mütəmadi olaraq əlaqə qurulduğunu qeyd edib. O, 2 gün ərzində bütün yollardakı qarın təmizlənəcəyini vurğulayıb.

Səhər saatlarında isə həmin idarənin ağır texnika və işçi heyəti yollara səfərbər olunacaq.

Quba Regional Hidrometerologiya müəssəsindən verilən məlumata görə, belə soyuq hava hələ 1 həftə davam edəcək.









Teqlər:  





Xəbər lenti