Azərbaycana əsir düşən erməni ölkəsinə qayıtdı

Azərbaycana əsir düşən erməni ölkəsinə qayıtdı
  02 Oktyabr 2014    Oxunub:1988
Azərbaycan tərəfinə əsir düşən və öz istəyi ilə üçüncü ölkəyə göndərilən erməni əsgəri Akop İnciqulyan Ermənistana qayıdıb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

İnciqulyan tranzit reysi ilə Moskvadan İrəvana gəlib. Hava limanında onu yaxınları və KİV nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Akop İnciqulyan ötən ilin avqust ayının 8-də Azərbaycan tərəfinə əsir düşüb. O, bir ay əvvəl öz xahişi ilə Azərbaycandan üçüncü ölkəyə göndərilib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti