Azərbaycan “Eurovision-2015”in səsverməsində 4-cü oldu

Azərbaycan “Eurovision-2015”in səsverməsində 4-cü oldu
  28 Mart 2015    Oxunub:2008
“Eurovision-2015” mahnı müsabiqəsi ilə bağlı onlayn səsvermə keçirilir.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan onlayn səsvermədə 324 səslə 4-cü yerdədir.

Siyahıda birinci yerdə 477 səslə İtaliya, ikinci yerdə 459 səslə İsveç, üçüncü yerdə isə 353 səslə Estoniya qərarlaşıb.

Onlayn səsvermədə 2 min 987 nəfər iştirak edib.

Qeyd edək ki, nüfuzlu bukmeker kontorları isə “Eurovision-2015” Mahnı Müsabiqəsini qazanmağa ən şanslı namizəd kimi 2,50 əmsalla İsveçi görürlər.

Azərbaycanın əmsalı isə 21.00-dan 26.00-ya qalxıb və ölkəmiz 8-ci pillədən 9-cu pilləyə yüksəlib. Azərbaycanı müsabiqədə Elnur Hüseynov təmsil edəcək. O, “Hour of the Wolf” mahnısını ifa edəcək.


Teqlər:  





Xəbər lenti