Azərbaycan yığmasının bayraqdarı açıqlandı

Azərbaycan yığmasının bayraqdarı açıqlandı
  23 İyun 2016    Oxunub:1998
Azərbaycanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı boksçu Teymur Məmmədov ola bilər.
AzVision.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O qeyd edib ki, T.Məmmədovun bayraqdar olması bu gün Bakıdakı Dünya Təsnifat Turnirində 1/4 final döyüşündən qalib ayrılaraq, olimpiadaya lisenziya qazanacağı halda rəsmiləşəcək.

“Azərbaycan milli komandasının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bayraqdarı boksçu Teymur Məmmədov ola bilər. Əgər Teymur Məmmədov olimpiadaya lisenziya qazanmasa bayraqdarın kim olması ilə bağlı yekun qərarı Milli Olimpiya Komitəsi verəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti