Azərbaycan yığması Xorvatiyaya qarşı

Azərbaycan yığması Xorvatiyaya qarşı
  03 Sentyabr 2015    Oxunub:2481
Bu gün “Avro-2016”nın seçmə mərhələsində VII turun oyunlarına start veriləcək.
AzVision.az-ın məlumatına görə, H qrupunda mübarizə aparan yığmamız növbəti oyuna çıxacaq. Komandamız Xorvatiyada keçirilən oyunda rəqiblərinə məğlub olub. Belə ki, Berti Foqtsun rəhbərliyi dövrünə təsadüf edən görüş millimizin 0:6 hesablı məğlubiyyəti ilə nəticələnmişdi.

Millimizin yeni çalışdırıcısı xorvatiyalı mütəxəssis Prosineçki bu gün həm də öz həmyerlilərinə qarşı oyuna çıxacaq. Məşqçimiz bir vaxtlar öz ölkəsinin yığmasında da çalışıb.

Qeyd edək ki, Xorvatiya yığması 13 xalla qrup lideridir, millimiz isə 4 xalla 5-ci pillədə qərarlaşıb.

3 sentyabr

“AÇ-2016”nın seçmə mərhələsi

H qrupu

21:00. Azərbaycan - Xorvatiya
Baş hakim: Ruddi Buke (Fransa)

Bakı. 8-ci kilometr qəsəbə stadionu

AzVision.az


Teqlər:  





Xəbər lenti