Azərbaycan yığması Fransaya qarşı

Azərbaycan yığması Fransaya qarşı
  26 Mart 2015    Oxunub:1545
Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda mübarizə aparacaq Azərbaycan yığması ilk oyuna çıxacaq.
AzVision.az-ın məlumatına görə, Fransada mübarizə aparacaq millimiz ilk görüşünü meydan sahiblərinə qarşı keçirəcək. Matç Sent-Lo şəhərinin "Luis Villemer" stadionunda baş tutacaq.

Qrupun digər matçında isə İngiltərə və Danimarka yığmaları qarşılaşacaq.

Qeyd edək ki, AÇ-2015-in final mərhələsi 6-19 iyul aralığında Yunanıstanda keçiriləcək.

Fatimə


Teqlər:  





Xəbər lenti