Azərbaycan yeni təyyarələr alıb

Azərbaycan yeni təyyarələr alıb
  31 Avqust 2014    Oxunub:2569
Azərbaycanın milli yükdaşıma şirkəti - Silk Way West aviaşirkəti ABŞ-ın məşhur “Boeing” Korporasiyasından 2 ədəd “Boeing 747-800” yük təyyarəsi alıb.
Təyyarənin biri artıq Bakıya gətirilib. Yeni təyyarə ilə gələn aydan etibarən Koreya Respublikasının paytaxtı Seula müntəzəm uçuşlar təşkil ediləcək. Eyni zamanda, Şanxay və Honq-Konq istiqamətində uşuların sayı həftədə 5 dəfəyədək artırılacaq, Avropanın Hahn və Milan aeroportlarına gündəlik uçuşlar həyata keçiriləcək.

Qeyd edək ki, Silk Way West aviaşirkətinin marşrut şəbəkəsi 20-si müntəzəm, 30-u isə çarter olmaqla 50 istiqamətdə uçuşlar həyata keçirməyə imkan verir.



Teqlər:  





Xəbər lenti