Azərbaycan yeni peyk alır

Azərbaycan yeni peyk alır
  27 İyul 2014    Oxunub:1069
İyulun 1-nə olan məlumata əsasən, “Azərspace-1” peyki üzərindən, ümumilikdə 89 yerli və xarici ölkə televiziya, həmçinin 15 radio kanalı yayımlanır.
Ölkədə peyk infrastrukturunun inkişafı və müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması məqsədilə aparılan mütəmadi işlər çərçivəsində bu ilin mayında “Azərkosmos” ASC ilə “Airbus Defence and Space” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İyun ayının 30-da isə “Airbus Defence and Space” “SPOT 7” peykini Hindistandan müvəffəqiyyətlə orbitə çıxarıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumat görə, ilin sonunadək peyk kommersiya istismarına tam hazır vəziyyətə gətiriləcək. Hazırda “Airbus Defence and Space” ilə imzalanacaq “Strateji əməkdaşlığa dair” saziş üzərində son tamamlama işləri aparılır. Sənəd “SPOT 6” və “SPOT 7” peyklərinin birgə istifadəsindən əldə olunan gəlirlərin hər iki şirkət arasında bölünməsi, peykin idarə edilməsi və marketinqi sahələri üzrə yerli mütəxəssislərin hazırlanması, müasir texnologiyaların tətbiqi ilə bağlı təcrübə mübadiləsinin aparılması və digər məsələləri əhatə edir.

“SPOT 7” peykinin bu ilin sonunadək “Azərkosmos” ASC-nin mülkiyyətinə keçməsi və ondan kommersiya məqsədi ilə istifadə edilməyə başlanması nəzərdə tutulur.


Teqlər:  





Xəbər lenti