Azərbaycan üçün tarixi iclas - Yenilənib
***
İclasda Azərbaycan prezidentinin nümayəndəsi qismində Azərbaycan Respublikası Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin rəhbəri Şahin Əliyev iştirak edir.
O, Referendum Aktında nəzərdə tutulan dəyişikliklərlə bağlı məruzə ilə çıxış edir.
***
Çıxışlardan sonra məhkəmə heyəti müşavirəyə yollanıb.
***
Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.
Elvin Abdulqədirov
AzVision.az