Azərbaycan tədbirlərin keçirilməsinə 20 milyon xərcləyəcək

Azərbaycan tədbirlərin keçirilməsinə 20 milyon xərcləyəcək
  29 Sentyabr 2016    Oxunub:1471
Azərbaycanın dövlət büdcəsindən gələn il üçün əsas bölmələrə aid edilməyən digər xərclərin məbləği açıqlanıb.
AzVision.az-ın məlumatına görə, Azərbaycanın 2017-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi zərfində əsas bölmələrə aid edilməyən digər xərclər üçün 1 milyard 517 milyon 334 min 38 manat vəsait ayrılması nəzərdə tutulub.

Ayrılacaq vəsaitin 20 milyon manatı beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsinə, 20 milyon manatı fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, 1 milyard 477 milyon 334 min 38 manatı isə digər xidmət xərclərinə aiddir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti