Azərbaycan məhsulları Ermənistana necə aparılır?

Azərbaycan məhsulları Ermənistana necə aparılır?
  04 İyul 2015    Oxunub:3110
“Ermənistanda Azərbaycan məhsullarının satılması ilə bağlı deyilən rəqəmlər 10 dəfə kiçildilmiş rəqəmlərdir. Ermənistandan Azərbaycana qablaşdırılmamış ərzaq məhsulları aparılır. Təbii ki, məhsullarımız Ermənistan bazarına Gürcüstan vasitəsilə daşınır”.
Bu barədə AzVision.az-a Azad İstehlakçılar Birliyini sədri Eyyub Hüseynov deyib. O, bildirib ki, Azərbaycan məhsullarının Ermənistana daşınması ötən illər daha çox yayılmışdı: “Bu rəqəmlər son 6 ildə minimuma enib. Lakin istisna olunmur ki, Ermənistandan Azərbaycana kənd təsərrüfatı malları, kartof, soğan gətirilir. Çünki “Tibilisi” və “Sadaxlı” bazarında hər gün, ermənilər, gürcülər, azərbaycanlılar görüşüb, əlaqə saxlayırlar. Bu münasibətlər fonunda məhsullarımız Ermənistana aparılır və satışa çıxarılır. Ona görə də məhsulların mənşəyini müəyyən etmək olmur”.

Üç ölkənin apardığı işlə əlaqədar “Qırmızı körpü” bazarının bağlatdırıldığını deyən E.Hüseynovun sözlərinə görə, həmin bazar vasitəsilə ən təhlükəli mallar Qafqaz ölkələrinə, o cümlədən Azərbayacana yayılırdı.
“On il bundan öncə Ermənistanın, Gürcüstanın istehlakçıların hüquqlarını qoruyan təşkilatlarla birgə iş apardıq. “Qırmızı körpü” bazarının bağlanmasına nail olduq. Amma bu gün “Sadaxlı” və “Tiblisi” ermənilərlə ticarət əlaqələri aparılır.

Bu baxımdan istisna olunmur ki, kənd təsərrüfatı malları Azərbaycana da daxil olur. Lakin kütləvi şəkildə kənd təsərrüfatı mallarının gəlişi müşahidə olunmur”.

Azərbaycan məhsullarının Ermənistan bazarında satılmasının tərəfdarı olduğunu deyən E. Hüseynovun fikrincə, ermənilərin pulları bizə nə qədər gəlsə, bir o qədər yaxşıdır: “Amma Ermənistan məhsullarının Azərbaycanda satılmasının tərəfdarı deyiləm. Hətta onu deyərdim ki, Ermənistanda Azərbaycan məhsullarının satılması ilə bağlı deyilən rəqəmlər 10 dəfə kiçildilmiş rəqəmlərdir.

Məsələn, Vaşinqtonda Şuşa lavaşı satılır. Təbii ki, bu onların reklamıdır və bunun tam əleyhinəyəm. Hesab edirəm ki, bəzi məhsullarının ermənilər tərəfindən oğurlanması məsələsi ucuz vətənpərvərlikdir. Daha böyük və qlobal məsələlər barədə düşünmək lazımdır”.

Qeyd edək ki, erməni qəzeti “Çorrord İşxanutyun”un yaydığı məlumata görə, Azərbaycandan Ermənistana məhsullar ixrac olunur.

“Düzdür, ixrac olunan malların həcmi olduqca azdır amma faktın özü olduqca maraqlıdır. Azərbaycandan Ermənistana malların ixrac edilməsi faktı Ermənistan Maliyyə Nazirliyinin Gömrük Xidmətinin 2014-cü il üzrə hesabatında göstərilib. Hesabata əsasən Azərbaycandan Ermənistana 600 dollar dəyərində məhsul daxil olub”, - deyə qəzet qeyd edib.

Nəşrin ehtimalına əsasən müvafiq dövr ərzində Ermənistana xalça aparılıb: “2011-ci ildə Azərbaycandan Ermənistana 8,5 min dollar dəyərində xalça aparılıb”.

Çox güman ki, Azərbaycan məhsulları qonşu ölkələr vasitəsi ilə Ermənistan bazarına çıxarılır.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti