Azərbaycan efirində gülməli olay - VİDEO

Azərbaycan efirində gülməli olay - VİDEO
  01 Sentyabr 2014    Oxunub:36805
Şəkinin Kanal S telekanalında efirə gedən hava xəbərləri qeyri-adiliyi ilə fərqlənib.
AzVision.az xəbər verir ki, xəbərləri təqdim etmək üçün efirə çıxan orta yaşlı jurnalist ilk öncə bölgələr üzrə hava proqnozunu Şəki ləhcəsilə tamaşaçıların diqqətinə çatdırıb. Aparıcı xəbərləri təqdim etdikdən sonra “verdiyim məlumatlara bir o qədər də inanmayın. Çünki yer onun, göy onun. Allah özü bilər. Burnunuz girməyən yerə başınızı da soxmayın”-deyə tamaşaçılara xitabən bildirib.

Aparıcının bu sözləri yerli tamaşaçılar arasında gülüşlə qarşılanıb. Hətta Türkiyə mətbuatı belə bu aparıcıdan danışır.



AzVision.az


Teqlər:  





Xəbər lenti