Azərbaycan daha çox Avropa ölkələri ilə alış-veriş edir

Azərbaycan daha çox Avropa ölkələri ilə alış-veriş edir
  12 Fevral 2016    Oxunub:1618
2015-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 165 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 111 ölkəyə məhsul ixrac olunub, 147 ölkədən idxal olunub.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 9,6%-i MDB üzvü dövlətləri, 48,2%-i Avropa İttifaqı ölkələri, 42,2%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

2015-ci ildə xarici ticarət dövriyyəsinin həcmi 25 mlrd. 781 mln. ABŞ dolları, o cümlədən ixracın həcmi 16 mlrd. 559,6 mln. dollar, idxalın həcmi 9 mlrd. 221,4 mln. dollar təşkil edib, nəticədə 7 mlrd. 338,2 mln. dollarlıq müsbət xarici ticarət saldosu yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, şəkər, bitki yağları, heyvan mənşəli piylər və yağlar, plastik kütlə və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, qara metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, ərzaq məhsulları, tütün və tütün məmulatları, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

2015-ci ildə qeyri-neft məhsullarının ixracı 2014-cü illə müqayisədə 2,7% artaraq 1 mlrd. 581,2 mln. dollar təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti