Azərbaycan XİN Küveytdəki terroru pisləyib

Azərbaycan XİN Küveytdəki terroru pisləyib
  30 İyun 2015    Oxunub:1787
Azərbaycan Xarici İşlər Nazirliyi Küveytdə məsciddə törədilmiş terror aktını pisləyən bəyanat yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bəyanatda deyilir:

“Biz 26 iyun tarixində Küveytdə məsciddə törədilmiş terror aktını qəti şəkildə pisləyir, yaxınlarını itirən ailələrə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını arzu edirik. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir və Küveyt xalqı ilə həmrəyliyini ifadə edir”.


Teqlər:





Xəbər lenti