Azərbaycan Rusiyaya ət ixrac edəcək

Azərbaycan Rusiyaya ət ixrac edəcək
  28 Avqust 2015    Oxunub:1658
Azərbaycan istehsalı olan ət və süd məhsulları Rusiyaya ixrac olunacaq.
Bu barədə AzVision.az-a İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına görə, artıq ət və süd məhsulları istehsal edən 7 Azərbaycan müəssisəsi Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən reyestrə daxil edilib.

“Bu isə həmin müəssisələrə istehsal etdikləri məhsulları Rusiya Federasiyasına ixrac etmək imkanı yaradır” - deyə, nazirlikdən bildirilib.

Nazirlik onu da vurğulayıb ki, digər yerli müəssisələrin də reyestrə daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:





Xəbər lenti