Azərbaycan NATO-nun tədbirindən imtina etdi

Azərbaycan NATO-nun tədbirindən imtina etdi
  23 May 2015    Oxunub:2483
“Seminarın işğalçı ölkədə keçirilməsi NATO-ya nüfuz gətirmir”.
Azərbaycan iyunun 18-20-də NATO Parlament Assambleyasının Ermənistanda keçiriləcək növbəti Rouz-Rout seminarında iştirak etməyəcək.

AzVision.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, nə qədər ki Ermənistan işğalçı dövlət kimi pislənilməyib, işğalçı qoşunlar Azərbaycan ərazilərindən çıxarılmayıb, Azərbaycan Ermənistandakı tədbirdə iştirak etməyəcək: “Bu barədə NATO Parlament Assambleyasının sədrinə bildirmişik. Dedik ki, belə seminarın işğalçı ölkədə keçirilməsi NATO PA-ya nüfuz gətirmir”.


Teqlər:  





Xəbər lenti