Azərbaycan İrəvanı boykot etdi

Azərbaycan İrəvanı boykot etdi
  23 Oktyabr 2014    Oxunub:1723
Azərbaycan Avronest Parlament Assambleyasının İrəvanda keçiriləcək dördüncü plenar iclasında iştirak etməyəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Trend-ə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov deyib.

Elxan Süleymanov qeyd edib: "Keçən ilin may ayında Kiyevdə keçirilən büronın iclasında Avronest Parlament Assambleyasının dördüncü plenar iclasının İrəvanda təşkili ilə əlaqədar etirazımı bildirmişdim. Nə qədər ki, Azərbaycan torpaqları işğaldan azad edilməyib, nə qədər ki, Sərsəng su anbarının törədə biləcəyi humanitar faciəyə son qoyulmayıb, Azərbaycan nümayəndə heyəti Yerevanda Avronest-in keçirdiyi heç bir tədbirə qatılmayacaq, eyni zamanda, Ermənistanın həmsədrliyinə də qəti etirazını bildirib".
E.Süleymanov bildirib ki, oktyabrın 16-da Brüsseldə keçirilən büro iclasına əvvəlcədən həmin məzmunda etiraz məktubu göndərmişdi: "Büroda məni əvəz edən Qüdrət Həsənquliyev mənim mövqeyimi və rəsmi məktubumu bir daha orada bəyan etdi. Ərazisinin 20 faizi işğal olunmuş bir ölkənin vətəndaşları, millət vəkilləri, siyasətçləri həmin işğalçı Ermənistana gedib orada işləmək məcburiyyətinə qalmamalıdırlar. Bu bizim üçün böyük təhqirdir. Ümumiyyətlə, bu sessiyanın Yerevanda keçirilməsi Azərbaycan üçün təhqirdir. Bu, Avronestdə və Avropa institutlarında həmişə ikili standartlılıq, Azərbaycana qarşı qərəzli mövqeyin bir nümunəsidir. Necə olur ki, insan haqlarından, demokratiyadan, söz azadlığından həmişə ürək dolusu danışan qurumlar işğalçı dövlətin ərazisində belə bir tədbir keçirirlər?"

Onun sözlərinə görə, erməni fitnəkarlarının və erməni lobbisinin bu sessiyanı mart ayında Yerevanda keçirməkdə məqsədi ondan ibarətdir ki, onlar qondarma “soyqırım”ı böyük təntənə ilə keçirsinlər və bunu ora gələn qonaqlara da nümayiş etdirsinlər: "Ancaq ermənilər bilməlidirlər ki, onların qondarma "soyqırım"ından 10 il əvvəl azərbaycanlılara qarşı soyqırımın 110 illiyi tamam olur".

Qeyd edək ki, Avronest Parlament Assambleyasının dördüncü plenar iclası 2015-ci il martın 16-20-də Yerevanda keçiriləcək.


Teqlər:





Xəbər lenti